Azərbaycan 5 ermənini Ermənistana qaytardı
Rusiya tərəfinin vasitəçiliyi ilə bu gün 5 erməni Ermənistana qaytarılıb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.
“Bu gün 62 “əsir” ailələri ilə telefonla danışıb”, - Avinyan bildirib.
Məlumata görə, qaytarılan əsirlər Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov tərəfindən müşayiət olunub.
Qaytarılanların adları Azərbaycanda saxlanılan 62 terrorçunun siyahısındadır. Onlar Edik Arutyunyan, Seyran Matevosyan, Karen Vardanyan, Armen Nazramadyan və Aşot Varosyandır.