Sülhməramlılar bu yay Qarabağı tərk edəcə - ŞOK AÇIQLAMA



 15:29 27.04.2022     2570

Nikol Paşinyan Azərbaycan tərəfinin bütün istəklərini ifadə edən sülh müqaviləsi imzalayacaq.

Demedia.az xəbər verir ki, bunu tanınmış erməni siyasi strateqi Vigen Akopyan deyib.

Onun sözlərinə görə, Rusiyanın indi Azərbaycanın əleyhinə getməsi sərfəli deyil:

“Məhz bu səbəbdən Bakı yaxın gələcəkdə qarşıya qoyduğu məqsədlərə nail ola biləcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanan kimi Rusiyanın sülhməramlıları Qarabağ ərazisini tərk edəcəklər. Bu isə bu yaydan gec olmayaraq baş verəcək”, - o bildirib. (axar.az)