Mehriban Əliyeva “Azərsun”dakı yanğından yazdı



 16:24 29.04.2022     1007

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Sumqayıtda “Azərsun Sənaye Parkı”ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.

Qazet.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”, - paylaşımda bildirilib.