Generallar Qarabağdakı əməliyyat şəraitini MÜZAKİRƏ ETDİ
Azərbaycan Ordusunun rəhbərliyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə edib.
Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bidlirilib ki, mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
Qeyd edək ki, müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub.