Azərbaycanda polis özünü vuraraq öldürdü



 23:36 13.05.2022     386

Füzulidə polis ehtiyatsızlıqdan özünü silahla vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən Demedia.az-a bildirilib ki, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.