Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Mayın 14-də Türkiyənin Rize şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Demedia.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.
Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd edib və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
16:20
Mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.