Əminik ki, türk və rus həmkarlarımız... - Zakir Həsənov



 18:41 30.01.2021     182

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək.

Nexeber.az Trend-a istinadən xəbər verir ki, bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

“Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, - Z.Həsənov bildirib.