Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Demedia.az-ın xəbərinə görə, o, həmçinin Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.