Zaxarova: “Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir”



 09:12 19.05.2022     1078

“Rusiya tərəfi üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir”.

Demedia.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik”, - M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həll yolları hazırlamaq üçün müntəzəm olaraq əlaqədədirlər. / report