Dövlət katibi: "ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək"



 17:02 25.05.2022     424

“Dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə etdik”.

Demedia.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.

“ABŞ-ın proseslərlə bağlı mövqeyini ifadə etdim. ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək”, - o bildirib.