Lavrov Türkiyədən sonra Ermənistana gedəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistana işgüzar səfər edəcək.
Demedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edilir ki, 2 gün davam edəcək səfər çərçivəsində sabah XİN-də Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Daha sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, hazırda Sergey Lavrov Türkiyədə səfərdədir.