Prezidentin bu fikirləri şəbəkələrdə trend oldu - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün AzTV-yə müsahibəsində Şuşa şəhərinə münasibətdə xüsusi həssaslığı və orada hər hansı sahənin yetkililərinə şöbə və filial açmaq icazəsi vermədiyini sərt şəkildə ifadə etməsi geniş rezonans doğurub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, Prezidentin müsahibəsindəki sözügedən hissə ayrılaraq, sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb və dəstəklənib. Qısa müddətdə sosial şəbəkələrin Azərbaycan seqmentində bu videolar trendə çevrilib.
Həmin videonu təqdim edirik: