Millət vəkili şəhid Zaminin ailəsi ilə görüşdü



 16:13 02.02.2021     363

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbində müəllim olmuş Zamin Rəhimovun atası Vahid Rəhimovla Mədəniyyət Komitəsində görüşüb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili şəhid atasının qayğıları ilə maraqlanıb, onunla Zamin Rəhimovun döyüş yolundan danışıb.

Bildirilib ki, Z.Rəhimov döyüşdəki qərhəmanlıqlarına görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

“Zamin kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyuldu”.

Sonda şəhid mədəniyyət işçisinin atasına Mədəniyyət Komitəsi adından məktub təqdim edilib.