Kim Çen In Putini dəstəklədi
Şimali Koreya Koreya lideri Kim Çen İn Rusiya Prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.
Demedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Sizin rəhbərliyiniz altında Rusiya xalqı hər cür çağırış və çətinliklərə cəsarətlə qalib gələrək, ölkənin ləyaqətini, təhlükəsizliyini və inkişaf hüquqlarını qorumaq üçün ədalətli işin həyata keçirilməsində böyük uğurlar əldə edir”, – Kim Çen İn təbrkində bildirib.
Kim Çen İn 2019-cu ilin aprelində Vladivostokda iki ölkə liderlərinin ilk görüşündən sonra Şimali Koreya ilə Rusiya arasında yeni mərhələyə qədəm qoyan münasibətlərin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə edib.