Dr. Maya Rustamova

İlham Əliyevin Özbəkistan səfəri zamanı maraqlı hadisə baş verdi: 35 il əvvəl... - VİDEO

 17:25 22.06.2022     493

Azərbaycan Prezidenti İlham Əliyevi qardaş Özbəkistana səfərində müşayiət edən heyətdə yer almış Mətbuat xidmətinin rəhbəri Azər Qasımovla bağlı video paylaşılıb.

Özbəkistan Prezidenti Mətbuat xidmətinin rəhbəri Şerzod Asadovun paylaşdığı videoda A.Qasımovun bir özbəklə çox səmimi qucaqlaşdığı, duyğulu anlar yaşandığı görünür.

Bəlli olub ki, bu görüş 35 il sonra baş tutub. A.Qasımovun doğma qardaşı kimi sarıldığı şəxs isə bir özbək balası – Uluqbek Matniyozovdur. Onlar 35 il öncə Sovet Ordusu sıralarında birlikdə qulluq ediblərmiş.

Həmişə demişik, yenə də deyirik: azərbaycanlılarla özbəklər doğma qardaşlardır və Prezidentin bu ölkəyə səfəri bunu bir daha göstərdi.