Pakistan şirkətləri ölkəmizə gəlir – Səfir elan etdi



 17:57 05.02.2021     175

Pakistan Azərbaycanın işğaldan azad edilən ərazilərinin yenidən qurulması və bərpası prosesində iştirakdan məmnunluq duyacaq.

Nexeber.az axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.

Səfirin sözlərinə görə, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Pakistana səfəri zamanı Pakistan şirkətlərini Azərbaycana dəvət edib:

“Pakistanlı investorlar Qarabağın rekontstursiyasında iştirakda olduqca maraqlıdır. Onlar artıq mümkün əməkdaşlıq formatı məsələlərini nəzərdən keçirməyə başlayıb”, – deyə səfir bildirib.