İran səfirindən İsrail səfirinə ŞOK CAVAB
İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
Demedia.az xəbər verir ki, səfirin cavabı sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Sözügedən paylaşımı təqdim edirik:
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” - A.Musəvi Tvitterdə yazıb.