Səfir: “İran və Azərbaycan dost, qardaş, müsəlman ölkələrdir”

 11:25 30.07.2022     479

“İran və Azərbaycan dost, qardaş və müsəlman ölkələrdir”.

Demedia.az-ın xəbərinə görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İslam Respublikasının Milli Televiziyasına müsahibəsində deyib.

“İran və Azərbaycan hər zaman qarşılıqlı əlaqədən məmnun olublar və həmişə bir-birlərinə hörmət ediblər”, - səfir qeyd edib.

Diplomat həmçinin bildirib ki, iki ölkə rəsmilərinin, parlament nümayəndə heyətlərinin səfərləri və digər səylər münasibətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulub.