"Azad edilən ərazilərdə törətdikləri vəhşiliklər ermənilərin əsl mahiyyətini göstərir" - Hikmət Hacıyev
“Ermənistan özünü həmişə dünyaya sivil ölkə kimi təqdim edirdi. Azərbaycanın işğaldan azad edilən ərazilərində ermənilərin törətdikləri dağıntılar, vəhşiliklər onların əsl mahiyyətinin nə olduğunun sübutudur. Bu, bir vəhşikdir”.
Nexeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xudafərin körpüsünə səfər zamanı jurnalistlərə açıqlamasında deyib.