Roma Papası Qarabağdan danışdı



 17:51 08.02.2021     244

Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm.

Nexber.az Report-a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi zamanı vəziyyətin gərgin olduğu bölgələri sadalayarkən bildirib.

"Orada közərməyə davam edən bir neçə münaqişədən bəziləri son illərdə daha da alovlanaraq regiondakı sabitlik və təhlükəsiziyi təhdid edir”, – katolik kilsəsinin rəhbəri qeyd edib.

“Bizim dövrdə dinlərarası dialoq xalqlar və mədəniyyətlər arasındakı anlaşmanın mühüm parçasıdır”, - Roma papası vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev də iştirak edib.