Litva müdafiə naziri: “Qorbaçov Bakıda dinc etirazları qəddarcasına yatıran cinayətkar idi”
“Yadımdadır, 1982-1985-ci illərdə baş katibləri bir-bir oksigendən ayırırdılar, Mixail Qorbaçov isə Qərbdə eyforiyaya səbəb olurdu. Dərhal olmasa da, bunun səbəbləri olub (soyuq müharibənin sonu, Almaniyanın birləşməsi...). Lakin o, kriminal dəstənin başçısı olub, bu mahiyyəti heç “Qlasnost”la da dəyişmək olmaz. Baxmayaraq ki, bu, partiya monolitinin parçalanmasına yol açdı”.
Demedia.az xəbər verir ki, bunu Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas feysbukda yazıb.
“Litvalılar və digərləri də vəziyyətdən məharətlə istifadə edib müstəqilliklərini bərpa etdilər. O, demokratik dövlət nöqteyi-nəzərdən Vilnüs, Tbilisi, Almatı, Bakı və digər şəhərlərdə dinc etirazları qəddarcasına yatırmaq əmrini verən cinayətkar idi. Peşmanlığı olmayıb. Düzdür, ölən haqqında ya yaxşı danışarlar, ya da heç nə. Lakin bu dəfə deyil”, - o qeyd edib.
Milli müdafiə nazirinin fikrincə, M.Qorbaçovun yeganə müsbət tərəfi SSRİ-nin buraxılması sənədinə imza atması olub:
“Soyuq müharibəyə son qoydu və Berlin divarını dağıtdımı? Yox. Bunu azadlıq istəyən xalqlar etdi”.