Rusiya XİN: "Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında dialoqu yüksək qiymətləndiririk"



 13:28 31.08.2022     270

"Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı, şübhəsiz ki, bütün region üçün əhəmiyyətli təsirə malik ola bilər. Üstəlik, bu dialoq istənilən formatda aparıla bilər".

Demedia.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova Azərbaycanın Baş nazirinin Hökumətlərarası Şuranın son iclasında iştirakını müsbət qiymətləndirib.

"Biz, öz növbəmizdə, Azərbaycanın Baş nazirinin Hökumətlərarası Şuranın son iclasında iştirakını müsbət qiymətləndiririk. Rəsmi Bakı ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq potensialı, fikrimizcə, çox yüksəkdir, biz bu əməkdaşlıq üçün böyük perspektivlər görürük və hesab edirik ki, bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə fayda verəcək”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.