Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilib

 15:21 31.08.2022     1010

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Kalender" qəsrində baş tutan görüşdə Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Kəmaləddinov, Qırğızıstanın müdafiə nazirinin müavini Akılbek İbrayev, Özbəkistanın müdafiə nazirinin müavini Hamdan Karşıyev və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu da iştirak edib.