İlham Əliyev Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak edib



 12:48 01.09.2022     276

Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.

Demedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkib.

Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.