Dövlət Komitəsi bu bankı CƏRİMƏLƏDİ
Dövlət Gömrük Komitəsi (DGK) kommersiya bankını cərimləyib.
Demedia.az xəbər verir ki, DGK "Unibank Kommersiya Bankı" ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Həmin maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.