İlham Əliyev sabah Putinlə görüşəcək

 16:02 15.09.2022     480

“Sabah Səmərqənddə Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti  İlham Əliyev arasında görüş olacaq”.

Demedia.az Rusiya mediasına istinadən xəbər verir ki, bu məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskovun sözlərinə görə, görüş zamanı KTMT missiyasının Ermənistana səfəri kimi məsələlər müzakirə olunacaq.