Gələn il orta illik inflyasiyanın 6,9%-ə enəcəyi gözlənilir



 10:27 16.09.2022     288

İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji prioritetlərdən biri olmağa davam edəcək.

Demedia.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.

İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir.

2026-cı ildə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 78%-ə, neft sektorunun payının isə 22%-ə bərabər olacağı proqnozlaşdırılır.

Baza ssenaridə 2022-ci ildə 12,5%, 2023-cü ildə isə 6,9% proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2026-cı ildə 3,6%-ə qədər enəcəyi gözlənilir.