Nur-Sultan şəhərinin adı dəyişdirilir



 15:00 16.09.2022     498

Qazaxıstan parlamenti paytaxt Nur-Sultan şəhərinin adının dəyişdirilərək yenidən Astana olması barədə qanun layihəsini təsdiq edib.

Demedia.az xəbər verir ki, qanun layihəsi Konstitusiyanın bəzi maddələrində həyata keçiriləcək dəyişiklikləri əhatə edir. Sənəddə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Prezident seçkilərinin 7 ildən keçirilməsi irəli sürülüb. Deputatlar qeyd edib ki, bu təkliflər xalqın istəkləri əsasında formalaşdırılıb.