Rusiyadan əsirlər bağlı açıqlama: İş aparılır...
Rusiya Azərbaycan və Ermənistanla hərbi əsirlərin qaytarılması ilə bağlı iş aparır.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya əsir problemini həll etmək üçün ən yaxşı variantı – “hamının hamıya” prinsipinə əsasən mübadiləni nəzərdən keçirməyə davam edir.
“Bu Rusiyanın mövqeyidir və bunu Rusiya Prezidenti və XİN başçısı da deyib”, - Zaxarova bildirib.