Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışdı



 18:54 20.09.2022     409

KTMT vasitəsilə Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür.

Demedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Təşkilat Ermənistan-Azərbaycan sərhəd zonasında vəziyyətin gərginləşməsi ilə bağlı tədbirlər görür. Qarşıdurma zonasına KTMT baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”, - o bildirib.

Putin qeyd edib ki, Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur:

“Biz hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”.