İdman zallarının açılması vacibdir - Deputat



 13:15 12.02.2021     219

Azərbaycanda idman zalları bir ilə yaxındır bağlıdır. Halbuki dünyanın bir çox ölkəsində pandemiya olsa da, idman zalları fəaliyyət göstərir.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın idman zallarının açılması ilə bağlı qərar verməməsini doğru saymayıb:

“İdman zalları açılsa, nə olacaq? Orada yoluxma çoxalacaq? Xeyr”.

Millət vəkili, həmçinin qeyd edib ki, Azərbaycanda bir çox sahələrdə bahalaşma müşahidə olunur, amma bəzi sahələrin fəaliyyətinə hələ də icazə verilmir:

“Bu, problemlər yaradır, bir çox sahələr açılmalıdır ki, sahibkarlar işi ilə məşğul olsun”.