Rusiya XİN: "KTMT-nin əsassız tənqidi konstruktiv iş üçün faydalı deyil"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi siyasətçilər tərəfindən əsassız tənqid olunması konstruktiv iş üçün faydalı deyil".
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İrəvanın KTMT təlimlərində iştirak etməməsi mövcud vəziyyətlə əlaqədardır.
“İrəvanın bu il KTMT-nin Qazaxıstandakı birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent göndərməmək qərarı hazırkı vəziyyətlə bağlıdır", - Zaxarova deyib.