Britaniya səfirindən Azərbaycana dəstək - FOTO
“Sentyabrın 17-də Azərbaycan Hərbi Prokurorluğunun bu yaxınlarda sosial şəbəkələrdə yayılan videoların hərtərəfli araşdırılması ilə bağlı verdiyi operativ açıqlamanı alqışlayırıq”.
Demediaaz xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould öz rəsmi tviter hesabında yazıb.
“Son 30 il ərzində çoxlu faciəli məqamlar olub. Bir neçə gün əvvəl Azərbaycan torpaqlarına basdırılan minaların partlaması nəticəsində 2 insanın həlak olması və 3 nəfərin yaralanması da faciəvi haldır. İrəliyə doğru yeganə yol dialoqdan keçir. Azərbaycanın XİN-i ilə erməni həmkarı arasında davamlı danışıqları alqışlayıram”, - deyə səfir paylaşımında qeyd edib.