Ukraynanın iki vilayətində daha 6 kənd azad edilib



 16:10 04.10.2022     326

Oktyabrın 4-də günorta saatlarında Ukrayna bayrağı Xarkov vilayətinin 3, Xerson vilayətinin 3 kəndində dalğalanıb.

Demedia.az UNIAN-a xəbər verir ki, ərazilərin azad edilməsi əməliyyatında Ukrayna Silahlı Qüvvələri və yerli müdafiəçilər iştirak ediblər.

Məlumata görə, Xarkovun Boquslavka, Borovaya, Borovskaya Andreyevka, Xerson vilayətinin Novopetrovka, Strosel, Davidov Brod kəndləri oktyabrın 4-ü günorta saatlarında təmizlənib.