Akar Bakıdan İrəvana xəbərdarlıq etdi



 17:44 04.10.2022     400

Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir.

Demedia.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır.

H.Akar Ermənistanın sentyabrın 12-13-də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

“Türkiyə olaraq bu günə kimi olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək olmayıb”, - nazir vurğulayıb.