Pərviz Şahbazov Gürcüstana səfər edib



 17:00 07.10.2022     351

Oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib.

Demedia.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.