Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir - FOTO
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Demedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.
Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.