Azərbaycan Ermənistana 106 meyit verdi



 23:48 16.02.2021     255

Azərbaycan Ermənistan tərəfinə 106 erməni hərbçinin meyitini təhvil verib.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu sekmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyan Feysbuk səhifəsində yazıb.

“Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan tərəfi Ermənistana bu gün 44 günlük müharibədə ölən 106 erməninin meyitini qaytarıb”, - Arutyunyan bildirib.

Separatçı lider onu da qeyd edib ki, tərəflər 90-cı illərdə müharibə zamanı həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün səy göstərir.

Qeyd edək ki, bu gün səhər erməni mediası Suqovuşanda tapılan 1 erməni əsgərin qalıqlarının Ermənistana verildiyini, bununla da 2020-ci il 14 noyabrdan bəri Qarabağda tapılan erməni əsgər meyitlərinin sayının 1379-a qalxdığını bildirmişdi.