XİN rəhbəri Blinkenin köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başısı "Twitter"də bildirib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıblar.
“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmaqla bağlı sadiqliyini və tam hazır olduğunu bir daha bəyan etdim”, - XİN rəhbəri vurğulayıb.