Paşinyan vaxtında kapitulyasiya etməsəydi... - Korotçenko



 21:42 29.10.2022     486

Rusiyalı hərbi ekspert İqor Korotçenko İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan rəhbərliyinin hərəkətlərini "savadlı, aydın və strateji nöqteyi-nəzərdən planlaşdırılmış" adlandırıb.

Demedia.az xəbər verir ki, ekspert bu barədə özünün teleqram kanalında yazıb.

"Azərbaycan Silahlı Qüvvələrinin "Dəmir yumruq" əks-hücum əməliyyatının nə dərəcədə hərtərəfli, savadlı, dəqiq və strateji nöqteyi-nəzərdən düzgün planlaşdırılmasından bir daha əmin oluram. 44 gün - vəssalam! Paşinyan vaxtında kapitulyasiya etməsəydi, Ermənistan tam fəlakətə sürüklənəcəkdi", - deyə İ.Korotçenko qeyd edib.