Azərbaycan Prezidenti: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”.
Demedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.