SON DƏQİQƏ! İranda "molla rejimi" ÇÖKÜR? - ABŞ rəsmisi AÇIQLADI



 13:31 06.11.2022     519

İranda iğtişaşlar iki aya yaxındır ki, davam edir. Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin həbsdən bir neçə saat sonra vəfat etməsi ilə başlayan etiraz aksiyaları bütün ölkədə qadın hərəkatına və nəhayət, rejim əleyhinə üsyana çevrilib. Polislə nümayişçilər arasında baş verən qarşıdurmada ümumi itkilərin sayı 300-ü keçib.

ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” açıqlamasını şərh edən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu sözlərin iranlı etirazçılarla həmrəylik demək olduğunu, İranda rejimin çökdüyünə dair ABŞ-ın əlində heç bir məlumat olmadığını bildirib.

"Biz iranlı etirazçılarla həmrəyik, çünki onlar öz haqları və qadının nə geyinib-geyinə bilməyəcəyi uğrunda mübarizə aparmağa çalışırlar. İran rəhbərliyi özünün yaratdığı problemlərlə məşğuldur. Amma son nəticədə İranın gələcəyi İran xalqına məxsus olmalıdır" - Kirbi qeyd edib.

WhatsApp Image 2022-11-06 at 09.52.04.jpeg (120 KB)

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Tehranın Rusiyaya ballistik raketlər göndərməsi, İran hərbçilərinin Krımda rus kadrları hazırlaması ilə bağlı suallara da cavab verib:

"İranın Krımda mövcudluğu ilə bağlı məlumatım yoxdur. Biz bilirik ki, onlar Rusiya ordusuna təqdim etdikləri dronlarla bağlı texniki yardım və təlim keçmək üçün orada olublar. Onların başqa silah və ya hərbi texnika ötürdüyünə dair heç bir əlamət görməmişik, lakin bacardığımız qədər izləyirik. İran və Rusiyanın, istər PUA, istərsə də raket olsun, əlavə imkanlarından danışması faktı hər iki ölkənin beynəlxalq ictimaiyyətdən nə qədər təcrid olunduğunu göstərir. Bu, Putinin özünün müdafiə sənayesi bazası ilə necə çıxılmaz vəziyyətə düşdüyünü sübut edir".

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə ABŞ-ı İrandakı nümayişləri qızışdırmaqda ittiham edib: “Ağ Ev İranda nümayişləri təhrik edir, digər tərəfdən nüvə anlaşması üçün çalışır. İkiüzlülüyə və İŞİD-i dəstəkləməyə son qoyun”.

thumb600x0 (4).jpg (153 KB)

Ötən həftə nümayişlər nisbətən nəzarət altında görünsə də, dünən ölkə boyu tələbə etirazları olub. Paytaxt Tehrandakı universitetlərdə intensiv təhlükəsizlik tədbirləri görülüb. Tələbələrdən kampuslara daxil olarkən maskalarını çıxarmaq tələb olunub.

“BBC Fars” tərəfindən yayımlanan videolarda Məşhəd şəhərindəki Azad Universitetində təhsil alan bəzi qız tələbələrin rejim əleyhinə “Mən azad qadınam, siz isə alçaqsınız” şüarları səsləndirdiyi görünür. Rəşt şəhərinin şimalında yerləşən Gilan Universitetində “Tələbələr təhqiri qəbul etməkdənsə, ölər” şüarları səsləndirilib. Sünnilərin çoxluq təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Haş şəhərində nümayişlər qanlı olub. Cümə namazından sonra keçirilən etirazlarda ən azı 16 nəfər həyatını itirib.

Norveçdə yerləşən insan haqları təşkilatı Hengaw kürd əhalisinin sıx məskunlaşdığı Mahsa Amini şəhəri Sakızda genişmiqyaslı tətilin başladığını bildirib. "Bizim birliyimiz, qəzəbimiz və müqavimətimiz silahımızdır" - deyə, Twitter-də fəal hüquq müdafiəçisi Hassan Ronaghi yazıb.

İranın İnsan Haqları Təşkilatı sentyabr ayından bəri etirazlarda ölənlərin sayının 304 olduğunu açıqlayıb.//Musavat.com

Instagram