Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi
"Bir dəfə yüksələn bayraq bir daha enməz".
Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
O, 9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Şanlı bayrağın daim dalğalansın, ay və ulduzun vətənin üzərində daim parıldasın. Can Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun", - paylaşımda bildirilib.