İlham Əliyev: "Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir"

 15:40 15.11.2022     12

"Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir".

Demedia.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı deyib.

"Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş bir çox Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir", - Azərbaycan Prezidenti vurğulayıb.