Prezident İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib



 17:30 15.11.2022     209

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı Azərbaycana rəsmi səfərə dəvət edib.

Demedia.az-ın xəbərinə görə, Prezident İlham Əliyev albaniyalı həmkarı ilə birgə mətbuata bəyanatı zamanı çıxışının sonunda deyib:

"Çıxışımın sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm".