Leyla Abdullayeva: “Fransa Senatının qətnaməsi normallaşma prosesinə xidmət etmir”



 11:52 16.11.2022     339

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsinə münasibət bildirib.

Demedia.az xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.

“Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir”, - diplomat vurğulayıb.