Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı oldu



 20:41 17.11.2022     423

Noyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

***

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Rusiya-Azərbaycan əməkdaşlığının ticarət-iqtisadi və enerji sahələrində müəyyən məsələləri müzakirə edilib.