"Azərbaycan və Ermənistan sülhə nail ola bilər" - Fransız diplomat
“Mən əminəm ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər”.
Demedia.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross paylaşıb.
“Fransanın Azərbaycandakı səfiri kimi missiyam dünən rəsmən başa çatdı. Bu, tarixi bir zamanda böyük təcrübə idi. Azərbaycanda qazandığım bir çox dostlara minnətdaram və yeni səfir Anne Boillona uğurlar arzulayıram.
Mən əminəm ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olmayın” - deyə diplomat vurğulayıb.