Ceyhun Bayramov Türkiyəyə gedir
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Nexeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, C.Bayramov bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan - Türkiyə - Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.