Milli Məclisin gündəliyi dəyişdi



 11:00 25.11.2022     359

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.

Demedia.az xəbər verir ki, daha əvvəl 16 məsələnin müzakirə olunması nəzərdə tutulmuşdusa, gündəliyə daha 3 məsələ əlavə olunub. Bununla da iclasın gündəliyinə ümumilikdə 19 məsələ daxil edilib.

Gündəliyə əlavə edilən məsələlər aşağıdakılardır:

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14−17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.  

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.